Aİ Rusiya ilə KXDR arasında hərbi əməkdaşlıqdan narahatdır

Avropa İttifaqı Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıqdan narahatdır və KXDR hərbçilərinin Ukraynaya göndərilməsini ciddi eskalasiya kimi qiymətləndirəcək. SİA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano deyib.

“Avropa Komissiyası Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığın genişləndirilməsindən çox narahatdır. Əgər Şimali Koreya ordusunun Ukraynaya göndərilməsi ilə bağlı xəbərlər təsdiqlənərsə, bu, ciddi eskalasiyaya çevriləcək”, - deyə Peter Stano bildirib.

Xatırladaq ki, bir müddət öncə Cənubi Koreyanın müdafiə naziri Kim Yon Hyen parlamentdə çıxışı zamanı KXDR-in Rusiya tərəfində döyüşmək üçün Ukraynaya öz hərbçilərini göndərə biləcəyini deyib.

Oktyabrın 10-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Şimali Koreya əsgərlərinin Ukrayna müharibəsinə cəlb edilməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

Bütün xəbərlər Facebook səhifəmizdə