İsrail bir il ərzində 786 körpəni öldürüb

İsrail ordusunun bir il ərzində Qəzza zolağında bir yaşdan kiçik 786 körpəni öldürdüyü və bu rəqəmin bölgədəki körpələrin 6 faizinə uyğun gəldiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qəzzada valideynlərindən birini və ya hər ikisini itirən uşaqların sayının 35 min 55 olduğu qeyd edilib.

İsrailin Qəzzada təşkil etdiyi hücumlarda həyatını itirən 1206 ailənin bütövlükdə məhv olduğu bildirilib. İsrailin hücumlarında həyatını itirənlərin 41 faizinin kişi, 59 faizinin qadın, uşaq və qoca olduğu qeyd edilib. Hücumlarda ölən kişilərin 31 faizinin 18-40 yaş arasında olduğu bildirilib.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 42 min 603 fələstinli ölüb, 99 min 795 nəfər yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilib. İnsanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə