Nigeriyada 129 milyon insan yoxsulluq içində yaşayır

Dünya Bankının məlumatına görə, Nigeriyada 129 milyon insan yoxsulluq içində yaşayır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Dünya Bankının Nigeriya Ofisinin dərc etdiyi hesabatda ölkədə inflyasiyanın artmasının milyonlarla nigeriyalını aclığa məhkum etdiyi qeyd edilib.

Nigeriyada 129 milyon insanın yoxsulluq içində yaşadığı bildirilən hesabatda iqtisadi inkişafın inflyasiya qədər sürətli olmadığı üçün yoxsulluğun sürətlə artdığı ifadə edilib.

Hesabatda ötən il ölkədə yoxsulluq içində yaşayanların sayının 115 milyon olduğu vurğulanıb və bu rəqəmin bu il 14 milyon daha çox nigeriyalının yoxsullaşdığı anlamına gəldiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə