ABŞ və Kanada hərbi gəmiləri Tayvan boğazından keçib

ABŞ və Kanada donanmasına məxsus iki döyüş gəmisinin Tayvan boğazından keçdiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Sakit Okeandakı 7-ci Donanması tərəfindən verilən açıqlamada bildirilib: "Arleigh Burke" sinif idarə olunan raketləri daşıyan "USS Higgins esminesi" və Kanada Kral Donanmasının "Halifax" sinifli "HCMS Vancouver freqatı" oktyabrın 20-də Tayvan boğazından müntəzəm olaraq keçib.

Bəyanatda açıq dənizdə üzmə azadlığının qüvvədə olduğu sulardan keçidin beynəlxalq hüquq normalarına uyğun olduğu vurğulanıb və gəmilərin Azərbaycanın ərazi sularında olmayan dəhlizdən istifadə etdiyi qeyd edilib.

“Higgins və Vankuverin Tayvan boğazından keçməsi Birləşmiş Ştatların müttəfiqləri və tərəfdaşları ilə birlikdə bütün ölkələr üçün naviqasiya azadlığına prinsipcə sadiqliyini nümayiş etdirdi”, - fikirləri bəyanatda yer alıb.

Bəyanatda beynəlxalq ictimaiyyətin Tayvan boğazında naviqasiya hüquq və azadlıqlarının məhdudlaşdırılmaması lazım olduğu vurğulanıb: “Birləşmiş Ştatlar naviqasiya və havada uçuş azadlığı, dəniz və havadan digər qanuni istifadələrlə ziddiyyət təşkil edən hər hansı suverenlik və yurisdiksiya iddialarını rədd edir".

Bütün xəbərlər Facebook səhifəmizdə