İtkin düşən pilotların cəsədləri tapılıb

ABŞ Hərbi Dəniz Qüvvələri Vaşinqtonda təlim uçuşu zamanı qəzaya uğrayan döyüş təyyarəsinin itkin düşən iki pilotunun cəsədlərinin tapıldığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri oktyabrın 15-də Vaşinqton ştatının dağlıq Rainier dağı bölgəsində qəzaya uğrayan təyyarə ilə bağlı açıqlama verib.

Açıqlamada qəzaya uğrayan təyyarədə itkin düşən iki pilotun bədən hissələrinin tapıldığı, pilotların kimliklərinin bir neçə gün ərzində açıqlanacağı bildirilib.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə