FETÖ lideri Fətullah Gülən öldü

FETÖ-yə yaxınlığı ilə tanınan xəbər saytları terror təşkilatının lideri Fətullah Gülənin vəfat etdiyini açıqlayıb. SİA "Haber Global"a istinadən xəbər verir ki, terror təşkilatının liderinin böyrək çatışmazlığı və şəkərli diabeti, həmçinin demensiyası var idi.

FETÖ lideri Fətullah Gülən 27 aprel 1941-ci ildə Ərzurum Pasinlerdə anadan olub, vaiz və imamdır. Fətullah Gülən “qızıl nəsil” yetişdirmək iddiası ilə camaat adı altında qurduğu terror təşkilatı ilə 15 iyul çevriliş cəhdini təşkil edərək konstitusiya quruluşunu ortadan qaldırmağa çalışıb. 1999-cu il martın 21-də səhhətində yaranan problemləri əsas gətirərək Gülən ABŞ-a qaçıb. O, o vaxtdan bəri Pensilvaniya ştatında qeyri-qanuni yaşayırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə