Braziliya prezidenti Kazanda keçirilən BRİKS sammitinə gəlməyəcək..

Braziliya prezidenti Kazanda keçirilən BRİKS sammitinə gəlməyəcək..

...Braziliya prezidenti evdə kəllə-beyin travması alıb, həkimlər ona xarici səfərlərini ləğv etməyi tövsiyə ediblər. Bununla əlaqədar, Luiz İnasio Lula da Silva 22-24 oktyabrda Kazanda digər dünya liderlərinin iştirakı ilə keçiriləcək BRİKS sammitinə getməyəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, prezident baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Həkimlər ona uzun məsafəli hava səyahətlərindən çəkinməyi tövsiyə ediblər. Braziliya rəhbəri Kazanda keçiriləcək BRİKS sammitinə səfərini ləğv edib, lakin tədbirdə videokonfrans vasitəsilə iştirak edəcək.

Əvvəllər tərəflər Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Braziliya lideri arasında görüşə hazırlaşırdılar.

Sentyabrda Putin və Lula da Silva telefon danışığında ölkələr arasında siyasi dialoqun artırılmasında maraqlı olduqlarını təsdiqləyiblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə