...Ən azı 12 Rusiya vətəndaşı hərbi qeydiyyata alınmadıqlarına və hərbi komissarlığa gəlmədiklərinə görə əldə etdikləri vətəndaşlıqdan məhrum ediliblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İmportant Stories” (“Mühüm hekayələr”) nəşri yazıb.
Beləliklə. vətəndaşlıqdan məhrum edildikdən sonra ölkəni tərk etməyə məcbur olublar.
Qeyd edək ki, bu yay Dövlət Duması “Vahid Rusiya” partiyasından hərbi qeydiyyatdan keçməyə görə vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib. Qanuna görə, yeni vətəndaşlar pasport aldıqdan sonra iki həftə ərzində qeydiyyatdan keçməlidirlər.
Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin sözlərinə görə, bu qanunun qəbulundan sonra 10 min yeni Rusiya vətəndaşı Ukraynaya müharibəyə gedib.
Həmçinin, Bastrikinin dediyi kimi, reydlər zamanı hərbi xidmətdən yayınan 30 min miqrant müəyyən edilib.
“Mühüm hekayələr”in yazdığı kimi, qanunun qəbulundan sonra məhkəmələr Xabarovsk diyarı, Çelyabinsk və Moskvadan olan 9 nəfəri hərbi qeydiyyata alınmadıqları üçün vətəndaşlıqdan məhrum edib.
Krasnoyarsklı reanimatoloq Mirzomuhamməd Kərimov da 2018-ci ildə vətəndaşlıq alsa da, hərbi xidmətdən yayındığı üçün vətəndaşlığını itirib.
“Mühüm hekayələr” qeyd edir ki, Rusiya vətəndaşlığından məhrumetmə halları qanunun qəbulundan əvvəl qeyd olunub. Məsələn, 2023-cü ilin dekabrında Çelyabinsk məhkəməsi iki vətəndaşı Rusiya Federasiyasının vətəndaşlıq alarkən verilən qanunlara riayət etmək öhdəliyini pozduqlarına görə pasportlarından məhrum edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB