Prezident aurusda Moskva ətrafında gəzintiyə çıxıb

Prezident aurusda Moskva ətrafında gəzintiyə çıxıb

...Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan Moskvaya rəsmi səfəri zamanı motosiklet müşayiəti ilə qara premium markalı “Aurus” avtomobilində Rusiya paytaxtını gəzib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.

...Bazar günü Rusiya prezidenti Vladimir Putin və Əl Nəhyan Novo-Oqarevoda nahar edəcək və qeyri-rəsmi şəraitdə cari məsələləri müzakirə edəcəklər.

Bunu agentliyin müxbiri xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitinin tədbirlərində iştirak edəcək.

Putinlə danışıqlarda, qeyd edildiyi kimi, çoxşaxəli Rusiya- Birləşmiş Ərəb Əmirlikləri əməkdaşlığının vəziyyəti və inkişaf perspektivləri, beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə