İranın xarici işlər naziri İsrailə qarşı cavab zərbəsindən danışıb

İranın xarici işlər naziri İsrailə qarşı cavab zərbəsindən danışıb

İranın xarici işlər naziri Abbas Araqçi xəbərdarlıq edib ki, Tehran İsrailə cavab zərbəsi endirmək üçün “bütün hədəflərini müəyyən edib”.

SİA-nın əldə etdiyi məlumata görə, Araqçi bu sözləri Türkiyənin NTV telekanalına müsahibəsində Tel-Əvivin İrana zərbə endirmək təhdidləri fonunda deyib.

Əraqçi deyib ki, İrana qarşı istənilən hücum onun qırmızı xətlərini keçəcək və cavabsız qalmayacaq.

...Biz işğal olunmuş torpaqlarda bütün hədəflərimizi orada müəyyənləşdirmişik və buna bənzər hücum onlara qarşı da həyata keçiriləcək, - deyə Əraqçi bildirib.

Siyasətçi İranın oktyabrın 1-də İsrailin hərbi, casus və kəşfiyyat bazalarına raket hücumunu da xatırladıb ki, bu da İsrail rejiminin “vəhşicəsinə qətllərə cavabı olub”.

Onun sözlərinə görə, daha sonra İran raketlərinin 90 faizi hədəfləri vurub və bunlar iqtisadi eləcə də mülki deyil, yalnız hərbi hədəflər olub.

Əraqçi bildirib ki, "Yəhya Sinvarın şəhadəti HƏMAS-ın fəaliyyətlərini dayandırmayacaq", əksinə qruplaşmanın əzmini gücləndirəcək və fələstinli gəncləri motivasiya edəcək.

O, həmçinin ABŞ-ın İsrailə dəstəyini pisləyib və deyib ki, rejim Vaşinqtonun köməyi olmadan Qəzza və Livanda yaşaya və cinayətlər törədə bilməz.

...Amerikalıların real siyasi iradəsi olsaydı, İsrailin hücumlarını dayandıra bilərdilər.

Bunu da İran diplomatı vurğulayıb.

Onun sözlərinə görə, ABŞ sionistlərin müttəfiqidir və əgər regionda genişmiqyaslı müharibə başlayarsa, amerikalılar və digər Körfəz ölkələri bu müharibəyə cəlb olunacaqlar. Amma Tehran bunu istəmir.

...Və eyni zamanda, Əraqçi onu da qeyd edib ki, “diplomatiya üçün hələ də şans var” və “sionist rejimdə bir nəfərin iradəsinə” etibar etmək olmaz.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə