...Qara dəniz donanması Ukrayna Silahlı Qüvvələrinin pilotsuz katerləri səbəbindən Sevastopoldan Feodosiya və Novorossiyskə “köçürüldü”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “senator” Dmitri Roqozin Moskovskiy Komsomoletsə müsahibəsində deyib.
...Qara Dəniz Donanması bizim böyük gəmilərimizin sadəcə olaraq pilotsuz düşmən qayıqları üçün böyük hədəfə çevrilməsi səbəbindən qeydiyyatını əsaslı şəkildə dəyişmək məcburiyyətində qaldı.
Vunu deyən Roqozin, “hamını yeni təhdidlərə tez cavab verməyə” çağırıb və Rusiyanın hərbi sistemini “ləng” adlandırıb.
...Siz göyərtəyə qeyri-standart pulemyotlar qoya bilməzsiniz, sonra qeyri-standart elektron müharibə sistemlərindən istifadə edə bilməzsiniz və s.
Bunlar Roqozinin sözləridir.
Xatırladaq ki, bir il əvvəl Kreml Qara dəniz donanmasının yerdəyişməsi ilə bağlı şərh verməkdən imtina edib və məsələni Rusiya Müdafiə Nazirliyinə həvalə etmişdi. 2023-cü il sentyabrın 22-də Ukrayna Silahlı Qüvvələri Qara dəniz donanmasının Sevastopoldakı qərargahına hücum etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB