...Yeni il süfrəsi üçün yeməklərin qiyməti ilin sonuna kimi 15 faiz bahalaşa bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə bu proqnozu iqtisadçı ekspert Aleksandr Razuvaev verib. Analitikin fikrincə, Rusiyada ərzaq inflyasiyası 20-25 faizə çatıb və artmaqda davam edəcək.
Məsələn, son bir ildə kərə yağı dörddə bir bahalaşıb və hələ də bahalaşır. Yeni ilə qədər yumurta illik 21,8 faizdən ən azı daha beş faiz bahalaşacaq.
...Bizim çox böyük dövlət xərclərimiz var və bu, həmişə inflyasiyadır, - iqtisadçı qeyd edib.
Razuvaev qeyd edib ki, bir çoxları qiymət artımını xammal və logistika xərclərinin artması ilə əlaqələndirir, lakin digər mühüm amil əmək bazarındakı çatışmazlıqdır.
Eyni zamanda, analitik qeyd edib ki, ərzaq xərclərinin artımı hələ də səngiyə bilər.
Daha əvvəl bildirilmişdi ki, Rusiyanın pərakəndə satış şəbəkələri üçün kərə yağının alış qiymətləri ilin əvvəlindən 31 faizdən çox artıb.
Pərakəndə Ticarət Şirkətləri Assosiasiyasının rəyasət heyətinin sədri Karavaev bazardakı bu vəziyyəti toyuq yumurtasının bahalaşması ilə bağlı ötən ilki hadisələrlə müqayisə edib.
...Kərə yağının bahalaşmasının səbəbləri istehsalçıların tərəfindədir, -deyə o qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB