...Bu arada Cənubi Koreya kəşfiyyatı, Şimali Koreyanın Ukraynaya sıravi əsgərlər deyil, xüsusi təyinatlılar göndərə biləcəyi məlumatını verib. Amma,..deyilənlərə görə, onların hazırlıq səviyyəsi əslində real “xüsusi qüvvələrin” səviyyəsindən xeyli aşağıdır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “The Telegraph” yazır.
Qeyd edək ki, nəşr Londonda fəaliyyət göstərən “Gray Dynamics” analitiki Maksvell Qoldşteynin iyul hesabatına istinad edir.
Deməli, onun sözlərinə görə, Şimali Koreya Xüsusi Əməliyyat Qüvvələrinin sayı təxminən 200 min nəfərdir ki, bu da absurd dərəcədə böyük rəqəmdir. Məsələn, Britaniya Xüsusi Təyinatlı Qüvvələrində cəmi 500 aktiv əsgər, Amerika Delta Qüvvələrində 2000-ə yaxın əməliyyat üzvü var.
...2021-ci il Müdafiə Kəşfiyyat Agentliyinin qiymətləndirməsinə görə, Şimali Koreyanın xüsusi təyinatlı qüvvələri yaxşı təlim keçmiş, motivasiya edilmiş və təchiz olunsalar da, amma onlar ancaq Şimali Koreyanın standartlarına uyğun gəlirlər. Əslində, onlar bütün parametrlərdə, xüsusən də logistika məsələlərində qabaqcıl ölkələrin xüsusi təyinatlılarından geri qalırlar.
...Bir müddət bundan əvvəl “Grey Dynamics” şirkətinin baş direktoru Əhməd Həsən vurğulayıb ki, Şimali Koreya xüsusi təyinatlı əsgəri döyüş keyfiyyətləri ilə adi bir piyada ilə Qərbin xüsusi təyinatlı əsgəri arasında ortadadır.
...Rusiya mədəniyyəti üzrə tarixçi və analitik Yan Qarnerin sözlərinə görə, Çin hakimiyyəti Rusiya ilə Şimali Koreya arasında yaxınlaşmadan “hələ çox narahat deyil”. Lakin Pekin Pxenyanla Moskva arasında ittifaqın dünya səhnəsində Çin maraqlarına zərər verə biləcəyinə qərar verərsə, hər şey dəyişə bilər.
...Yəni Çin Ukraynada Koreya qoşunlarının yerləşdirilməsinə “yox” desə, bu baş verməyəcək. Çinin təklif etdiyi ilə müqayisədə Rusiyanın Şimali Koreyaya təklif edəcəyi çox az şey var, Beləliklə, Pekin planı dayandırarsa, bu halda koreyalı qoşunlar heç vaxt cəbhədə görünməyəcək.
Qeyd etdiyimiz kimi Qarner bildirib bunu.
...Şimali Koreya qoşunlarının Ukraynaya cəbhəyə gəlişi dönüş nöqtəsi olacaq, çünki bu, indiyədək Rusiya-Ukraynalı olaraq qalan üçüncü ölkənin müharibəyə girməsi demək olacaq. Bu, məsələn, İranın göndərdiyi hərbi məsləhətçilərlə heç də eyni olmayacaq.
Bunu isə Ukraynanın UNIAN agentliyi yazır.
...Və ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner artıq Cozef Baydenə rəsmi məktub yazaraq Şimali Koreya hərbçilərinin Ukraynada görünməməsini tələb edib. Onun fikrincə, ABŞ bunu açıq şəkildə qırmızı xətt kimi qeyd etməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB