“Çox ağır döyüşlər gedir...”

Jdanov Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində mühasirəyə alınması təhlükəsindən danışıb
“Çox ağır döyüşlər gedir...”

...Ukrayna Silahlı Qüvvələrinin əməliyyatı davam etdirdiyi Rusiyanın Kursk vilayətində vəziyyət çox ağır olaraq qalır. SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna qoşunlarının mühasirəyə düşməsi təhlükəsi var.

Qeyd edək ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov da etiraf edir.

Onun dediyinə görə, rus qoşunları qərb cinahdan ukraynalıları çox sıxıblar... Hər iki tərəfdən reyd əməliyyatları dayanmır, xüsusən də boz zonada...

...Qoşunlarımızın mühasirəyə düşməsi təhlükəsinin olduğu bir neçə ciddi məqamlar olub, lakin görünür, biz bu problemi həll etdik və qoşunlarımız mümkün mühasirə təhlükəsindən onları təhdid edən əraziləri tərk etdilər. Amma fakt budur ki, döyüşlər çox çətin keçir. Hər iki tərəfin qoşunlarının fəallığı çox yüksəkdir.

Bunu deyən Jdanov ümid etdiyini bildirib ki, Ukrayna Silahlı Qüvvələri vəziyyəti düzəldə və sabitləşdirə biləcək.

...Bu əraziləri saxlamaq və davamlı müdafiə xətti yaratmaq lazımdır. Oradan geri çəkilmək praktiki olaraq düzgün olmaz. Bu, bizim Müdafiə Qüvvələri üçün böyük uğursuzluq olar...

Oleq Jdanov deyir bunu.

...Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiyanın Kursk vilayətində çeçen müharibəsi taktikasından istifadə etdiyini bildirmişdi. Deməli, çeçen müharibəsinin mahiyyəti ondan ibarətdir ki, ruslar öz aviasiyası ilə öz yaşayış məntəqələrini “silirlər”.

...Daha əvvəl Oleq Jdanov da, Rusiya aviasiyasının öz ərazisində hər şeyi düzəltməyə davam etdiyini, onların “kənd və şəhərləri sökdüklərini” demişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə