Böyük Britaniyada mindən çox cinayətkar həbsxanalarda yer çatışmazlığı səbəbindən vaxtından əvvəl azadlığa buraxılacaq..?
SİA xəbər verir ki, bu barədə İTV məlumat yayıb.
Xatırladaq ki, sentyabrda eyni səbəbdən 1,7 min məhbus şərti azadlığa buraxılıb.
Eyni zamanda, 40 cinayətkar da səhvən azadlığa buraxılıb və sonradan onlar həbsxanaya qaytarılıb.
...Daha 1,1 min məhbus gələn həftənin əvvəlində azadlığa buraxılacaq, - bəyanatda deyilir.
Britaniyanın “The Times” qəzetinin məlumatına görə, bu, çərşənbə axşamı, oktyabrın 22-də baş verəcək.
2023-cü ilin əvvəlindən Böyük Britaniyanın kişi həbsxanaları müntəzəm olaraq 99 faiz tutum əldə edib. Britaniya Ədliyyə Nazirliyinin daxili proqnozlarına görə, yaxın doqquz ay ərzində həbsxanalarda yerlər yenidən tükənəcək.
Əvvəllər məlum olub ki, Britaniya hakimiyyəti məhbusları Estoniya həbsxanalarına yerləşdirmək imkanını nəzərdən keçirir - ölkədə cinayətkarlıq səviyyəsi aşağı olduğuna görə oradakı belə müəssisələr yalnız yarısı doludur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB