...Türkiyənin Antalya vilayətində baş verən yanğında 3 rusiyalı yaralanıb. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş Konsulluğundan məlumat verilib.
Yanğın cümə günü, oktyabrın 18-də Beldibidəki beşulduzlu Imperial Sunland Resort-da baş verib. Yanğın elə həmin gün söndürülüb.
Baş Konsulluğun məlumatına görə, həmin an otaqda 100-ə yaxın rus olub, onlardan üçü xəstəxanaya aparılıb. ...Səlahiyyətli xidmətlər təxliyyə tədbirləri həyata keçirib. Üç rusiyalıya tibbi yardım lazım olub. Hazırda onların hamısı xəstəxanadan buraxılıb.
Bunu diplomatlar bildiriblər.
Hadisədən sonra turistlər başqa otellərə köçürülüb. Baş konsulluqdan bildiriblər ki, Rusiya vətəndaşlarından başqa müraciət olmayıb.
Bundan əvvəl Türkiyənin Antalya kurortundan rəfiqəsi ilə uçan rusiyalı qadın yeni doğulmuş körpəsini hava limanının tualetinə atıb. Körpənin əlillər üçün nəzərdə tutulmuş tualetdə təmizlik xidməti əməkdaşları tərəfindən tapıldığı bildirilir. Uşaq 12 dəqiqə orada qalıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB