Qərb ölkələri prezident Zelenskinin Ukraynanın NATO-ya qəbul edilmədiyi təqdirdə nüvə arsenalının yaradılması ilə bağlı son bəyanatından ciddi narahat olduqlarını bildiriblər. SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentlik qeyd edir ki, Almaniyanın “Bild” qəzetindən hərbi analitik Julian Röpke Ukrayna administrasiyasındakı qeyri-rəsmi mənbəyə istinadən Kiyevin bir neçə həftə ərzində Rusiyaya qarşı istifadə üçün nüvə silahı yaratmağa hazır olduğunu bildirib.
Analitikin fikrincə, bu ssenari münaqişənin mümkün həllindən sonrakı dövr üçün və Ukraynanın Şimali Atlantika Alyansına qəbul olunmayacağı, habelə Rusiya Silahlı Qüvvələrinin sonrakı hərəkətləri nəzərə alınmaqla hazırlanıb. Qeyd edilməlidir ki, Britaniyanın “The Telegraph” nəşri bu bəyanatın nümayiş xarakterli olduğunu, lakin buna ciddi yanaşmaq lazım olduğunu vurğulayır.
Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, Ukraynanın nüvə silahı yaratmaq perspektivi tamamilə əsassızdır, çünki Kiyevin lazımi resursları yoxdur. O qeyd edib ki, Ukraynanın nüvə bombası istehsal etmək üçün nə avadanlığı, nə biliyi, nə də materialı var.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB