Hər onuncu vətəndaşdan çoxu könüllü olaraq orduya qoşulur

Umerov Ukraynadakı səfərbərlik göstəricilərindən danışıb
Hər onuncu vətəndaşdan çoxu könüllü olaraq orduya qoşulur

...Ukrayna Silahlı Qüvvələrinin yeni işə qəbul sistemi sayəsində hər onuncudan çoxu (12 faiz) orduya könüllü olaraq qoşulur.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov Fox News-a şərhində deyib.

Nazirin qeyd etdiyi kimi, Ukraynada səfərbərlik haqqında yeni qanun qüvvəyə mindikdən sonra səfərbərlik göstəriciləri 2,5 dəfə artıb.

...Bu ilin yaz aylarında səfərbərlik haqqında qanunun qəbulundan sonra biz səfərbərlik göstəricilərini 2,5 dəfə artırmışıq. Hərbi qulluqçuların 12 faizi indi yeni işə qəbul sistemi sayəsində könüllü olaraq orduya qoşulur, - deyə Ukrayna müdafiə departamentinin rəhbəri bildirib.

Umerovun sözlərinə görə, səfərbərlik qanununun məqsədi hərbi xidmətə çağırış prosesini daha səmərəli və şəffaf etməkdir.

O əlavə edib ki, müsbət səfərbərlik göstəriciləri ukraynalıların əllərində silahla torpaqlarını müdafiə etməyə hazır olduqlarını göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə