Netanyahu və müharibə kabineti böyük bir risk qarşısında

Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın araşdırmaçı-yazarı Can Acunun məqaləsi... SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Netanyahu və müharibə kabineti böyük bir risk qarşısında

İsrail ordusu Qəzzadakı həm işğal və qətliamlara davam edir, həm də Cənubi Livanda da bu səylərini artırır. Ordu bir müddətdir sərhəd boyu “Hizbullah”a aid mövqelərə xüsusi qüvvələrlə əməliyyatlar apararkən bölgədəki gücləndirmələrini də davam etdirir. Ancaq həm Qəzza, həm də Livandakı dirəniş güclü şəkildə varlığını sürdürür. İsrailin iki cəbhədə apardığı əməliyyatlarda çətinliklərlə qarşılaşdığı və ağır itkilər verdiyi müşahidə olunur. Bütün bunlara baxmayaraq, İsrail Suriyada da Qolan-Kuneytra xəttində bufer zona yaratmaq istəyindədir. Eyni zamanda, İrana hava hücumu hazırlığı görür. İsrail Baş naziri Binyamin Netanyahu və müharibə kabineti böyük bir riskə girir.

Netanyahu və müharibə kabineti İsrailin gücünü yoxlayaraq böyük bir risk alır. İsrail ordusu hazırda Qəzza və Cənubi Livanda quru döyüşlərinin içindədir. Qəzzada “Qəssam briqadaları” asimmetrik dirənişlərini yaşayış məntəqələrində davam etdirərək İsrailin quru ordusuna ciddi itkilər verməyə davam edir. Eyni zamanda, Cənubi Livanda “Hizbullah”ın gerilla növü dirənişi getdikcə güclənir və İsrail tərəfinin bu cəbhədə itkilər verdiyi görünür. Ordunun iki yerə bölünməsi hava qüvvələri və texniki imkanları da çətin vəziyyətə salır. İsrail mediasına görə, ordu tank və artilleriya sursatları baxımından qıtlıq çəkir. “Hizbullah” isə əlavə olaraq raket və kamikadze PUA hücumlarını artırmağa başlayıb. Qruplaşmanın qüvvələri Hayfa və ətrafını da effektiv şəkildə vurmağa başladığı üçün İsrailin itkiləri artır. Son olaraq Cənubi Hayfada azı 50 km. dərinlikdə yerləşən Qolani bazasının kamikadze PUA-larla vurulması nəticəsində çox sayda İsrail əsgəri öldü və yaralandı. Bu iki cəbhədə bu hadisələr yaşanarkən İraqdakı “İslam dirənişi” və Yəməndəki “Ənsarullah” hərəkatı da İsraili zaman-zaman hədəfə almağa davam edir. İsrail isə Suriyada Qolan-Kuneytra bölgəsində bufer zona yaratmaq üçün fəaliyyət göstərir və İrana qarşı böyük bir hava əməliyyatına hazırlaşır. ABŞ-ın yüksək mənzilli hava müdafiə sistemləri olan THAAD İsrailə çatıb və onlar hər an İrana qarşı bir hücuma başlaya bilər. İranın bu hücuma da cavab verməsi gözlənilir.

ABŞ-ın sonsuz dəstəyinə baxmayaraq, bütün bu cəbhələrdə eyni vaxtda uzun bir müharibəyə sürüklənən İsrail ordusunun və cəmiyyətinin daha nə qədər davam gətirə biləcəyi böyük bir sual işarəsi olaraq qalır. Netanyahu və kabineti böyük bir riskə girərək "Ya tam, ya heç" anlayışı ilə hərəkət edirlər. Nəticə olaraq isə hər qumarbaz kimi sonda uduzacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə