Paris 2025-ci ilin əvvəlində Kiyevə ilk "Mirage-2000" təyyarəsini təhvil verəcək. Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə birgə brifinqdə bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini UNIAN sitat gətirir.
...İlk “Mirage-2000” təyyarəsi gələn ilin əvvəlində Ukraynaya veriləcək. Fransa da bu təyyarələr üçün pilotlar hazırlayacaq.
...İyun ayında Fransa prezidenti Emmanuel Makron 2024-cü ilin sonuna qədər bir neçə “Mirage 2000-5” döyüş təyyarəsinin Ukraynaya təhvil veriləcəyini və 4,5 min ukraynalı pilotun yetişdiriləcəyini açıqlamışdı.
Təlimin bu yay başlaması və “beş-altı ay” çəkəcəyi gözlənilirdi. Makron pilotların təlimini “eskalasiya faktoru” hesab etməkdən imtina edib.
Paris 20-yə yaxın “Mirage 2000” qırıcısının Kiyevə transferini istisna etmir.
Bunu isə Forbes yazır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB