...İsrail Nazirlər Kabinetindəki yüksək rütbəli mənbə iddia edir ki, İHA-nın baş nazir Benyamin Netanyahunun şəxsi iqamətgahına hücumu İranın siyasətçini məhv etmək cəhdi olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə N12 telekanalı bildirib.
Telekanalın sözlərinə görə, hökumət başçısı son günlər onun iqamətgahında olmadığı üçün baş nazirə sui-qəsd uğursuz olub.
Qeyd edək ki, oktyabrın 19-da İsrail baş nazirinin ofisi “Hizbullah”a məxsus pilotsuz təyyarənin Netanyahunun Qeysəriyyə şəhərindəki şəxsi iqamətgahına hücum etdiyini bildirib.
Hücumda əvvəlcə Livandan buraxılan üç pilotsuz təyyarə iştirak edib. Onlardan ikisi ələ keçirilib, üçüncüsü Qeysəriyyədə binaya çırpılıb.
Baş nazir və həyat yoldaşı orada olmayıb, hadisə zamanı xəsarət alan da olmayıb. Hadisədən sonra Netanyahu videomüraciətində ölkəsinin “heç nəyi dayandıra bilməyəcəyini” və acı sona qədər irəliləyəcəyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB