Dəhşətli qəza olub - 6 avtomobil bir-birinə çırpılıb

Dəhşətli qəza olub - 6 avtomobil bir-birinə çırpılıb

Türkiyənin Adana-Mərsin magistral yolunda 6 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 7 nəfər yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza saat 23:00 radələrində Adana-Mərsin şosesində baş verib. Sürücüləri və dövlət nömrə nişanları məlum olmayan 6 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada xəbər əsasında bölgəyə sağlamlıq və polis qrupları sövq edilib.

Qəza yerinə gələn sağlamlıq qrupları yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıb. Polis qəza ilə bağlı araşdırmaya başlayıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə