Türkiyədə oyuncaq bıçaqlar məktəblərdə sürətlə yayılır. SİA xarici mətbuata istinadən xəbər verir ki, uşaqlar bu məsum görünən oyuncaqla öz fəndlərini məşq edirlər. Mütəxəssislər xəbərdarlıq edib ki, oyuncaqlar şiddəti normallaşdırır və aqressiyaya səbəb olur. Uşaq həqiqəti təqlid edə bilər.

Məktəblərdə sürətlə populyarlaşan oyuncaq kəpənək bıçağı ilk baxışdan çox məsum oyuncaq və ya qələm itiləyici kimi görünür. Kəsmə xüsusiyyəti yoxdur, ancaq bıçaq kimi əldə çevirmək üçün istifadə olunur. Bu yolla uşaqlar kəpənək bıçaqlarını fırlamağı öyrənirlər. Uşaqlar bir-biri ilə bıçaqlama oyunları oynayır, ən yaxşı bıçaq fırlanma yarışları keçirir və yolları bağlayıb pul istəyirlər. Oyuncağı itiləmək, ondan tez istifadə etmək, dostuna zərər vermək istəyənlər də var.

Bəzi valideynlər övladlarının əlində gördükləri oyuncağın məqsədini belə başa düşmürlər. Bununla belə təhlükəni anlayıb oyuncağı qadağan etməyə başlayan məktəb və müəllimlər də var.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə