Belə görünür ki, “dolların hegemonluğu” hələ çox çəkəcək..?

Putin BRİKS-in vahid valyuta layihəsinin uğursuzluğunu etiraf edib

...Moskvanın 2022-ci ildə təklif etdiyi, dolların hegemonluğuna və ABŞ-ın simasında “ağaların” diqtəsinə son qoyacağını vəd edən “BRİKS vahid valyutası” layihəsi fiasko ilə başa çatıb.

SİA-nın əldə etdiyi məlumata görəŞ bunu “The Moscow Times” yazır.

Deməli, Putin cümə günü bildirib ki, hazırda bloklar səviyyəsində vahid valyutanın tətbiqi “baxılmır”, çünki BRİKS ölkələri buna “hazır deyil”.

O, BRİKS-ə üzv ölkələrin media nümayəndələri ilə görüşdə layihənin hələ yetişmədiyini vurğulayıb.

...İqtisadiyyatlar strukturlarına, səmərəliliyinə görə təxminən bərabər olmalıdırlar, əks halda biz Avropa İttifaqında yaranan eyni problemlərlə üzləşəcəyik.

Qeyd edək ki, “İnterfaks” bunu Putindən sitat gətirir.

...Rusiyalı prezident əlavə edib ki, Rusiya indi vahid valyuta əvəzinə milli valyutalarla ticarət etməyi, “elektron alətlərdən” istifadə etməyi, həmçinin SWIFT analoqunu – dollara alternativ qlobal ödəniş sisteminin yaradılmasını təklif edir.

Onu da qeyd edək ki, Putinin özü 2022-ci ilin iyununda BRİKS valyuta səbəti əsasında “beynəlxalq ehtiyat valyutası” yaratmaq niyyətində olduğunu bəyan edib.

O, Qərb hakimiyyətini “məsuliyyətsiz” makroiqtisadi siyasətdə, o cümlədən mətbəəni idarə etməkdə, nəzarətsiz emissiyalarda və təminatsız borcların yığılmasında ittiham edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə