Cənubi Koreya prezidenti təcili iclas çağırır

Şimali Koreya ordusunun Rusiyaya göndərilməsi ilə bağlı...

...Cənubi Koreya prezidenti Yoon Seok Yol oktyabrın 18-də Şimali Koreya ordusunun Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək verməkdə mümkün iştirakını müzakirə etmək üçün təcili təhlükəsizlik iclası çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg yazır.

Cənubi Koreyanın prezident ofisi bildirib ki, Şimali Koreya qoşunlarının yerləşdirilməsi həm onların ölkəsi, həm də beynəlxalq ictimaiyyət üçün ciddi təhlükəsizlik təhdididir.

...Görüş Ukrayna prezidenti Vladimir Zelenskinin Şimali Koreyadan olan zabitlərin artıq Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində olduğunu və müharibəyə 10 minə qədər Şimali Koreya hərbçisinin cəlb olunacağını bəyan etməsindən bir gün sonra keçirilib.

Cənubi Koreya kəşfiyyatının və Seul mətbuatının yazdığına görə, Pxenyan Ukraynaya təxminən 12 min hərbçi göndərməyi planlaşdırır.

“Yonhap” Xəbər Agentliyi də bu qoşunların yerləşdirilməsinə artıq başlandığını bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə