...Unutmamısınızsa, bu barədə dünən SİA da yazmışdı.
Deməli, beynəlxalq müşahidəçi İvan Yakovin “Radio NV”yə Ukraynadakı müharibə üçün Şimali Koreyalıların Rusiyaya nə üçün lazım olduğunu və onların Rusiya qoşunlarında uzun müddət qalmayacağına inandığını deyib.
…İndi Rusiya Federasiyasında kadr problemi var.
Və bu problemi həll etməyə başladılar. Özü də necə? Gərək ki, eşitmiş olarsınız, bir müddət bundan əvvəl ruslar rus dilini başa düşməyən xeyli afrikalını cəbhəyə gətirmişdilər.
Onlardan bu gün, sadəcə olaraq çəkdirdikləri şəkillər qalıb. İndi belə görünür ki, növbə Şimali Koreyalılarındır..?
…O vaxt Vladimir Putin Kim Çen Inla razılaşdı ki, Şimali Koreya Rusiyaya bir neçə on minlərlə əsgər göndərəcək. Uzaq Şərqdəki poliqonlarda onlar artıq diqqət çəkiblər, hətta video da var. Orada hazırlaşırlar, görünür, hansısa döyüş koordinasiyası və ya başqa bir şey keçirlər.
Bunu beynəlxalq müşahidəçi deyir.
Yeri gəlmişkən, Kim Çen In üçün bir neçə on minlərlə insan tamamilə vaxt itkisidir. Niyə? Ordusu bir neçə milyon nəfər olduğu üçün heç qorxmur.
Bununla belə, Ukrayna çöllərindəki Şimali Koreya ordusu dünyanın ən motivasiyalı ordusu deyil. Niyə? Çünki onlar ora niyə getdiklərini, nə üçün, həyatlarını riskə atdıqlarını, gülməli və heç bir motivasiya olmadığını başa düşmürlər. Onlar nə etməlidirlər? Və çox güman ki, bunun üçün onlara maaş verilməyəcək, çünki Şimali Koreyalıların pul hüququ yoxdur. Onlara sadəcə deyiblər: get, harda ölürsən öl, hətta sevimli liderin üçün yox, Vladimir Putin üçün..?
...Güman edirəm ki, belə şəraitdə fərariliklə bağlı çox ciddi problemlər yaranacaq. Mən artıq haradasa bir qeyd görmüşəm ki, 12 Şimali Koreyalı hardasa itib və Rusiya hərbçiləri indi onları Rusiya ərazisində hardasa axtarırlar.
Düşünürəm ki, onlar Rusiya Federasiyasının ərazisinə səpələnməyə başlayacaqlar və Ukraynaya çatsalar, kütləvi şəkildə Ukraynada təslim olacaqlar. Niyə? Çünki prinsipcə onları başa düşmək olar: dünyanın demək olar ki, istənilən guşəsində istənilən həyat Şimali Koreyadakı həyatdan yaxşıdır. Ümumiyyətlə, onların iki vəzifəsi var: birinci vəzifə sağ qalmaq, ikincisi sevimli vətənindən qaçmaqdır.
Bunu da İvan Yakovin bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB