Rusiyada Şimali Koreya əsgərlərinin videosu peyda olub

Onlar Rusiya avadanlıqları ilə təchiz olunur

...Strateji Kommunikasiyalar Mərkəzi Şimali Koreya əsgərlərinin Rusiya texnikası ilə təchiz edildiyini əks etdirən videonu dərc edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, video Rusiya Federasiyasının Primorsk diyarının Sergeevka kəndindəki poliqonda “ən çoxu 72 saat əvvəl” çəkilib.

Qeyd edək ki, Rusiya tərəfi hələlik bu videoya münasibət bildirməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə