Kiyev Ukrayna silahlarının ixracının mümkünlüyünü açıqlayıb

Kiyev Ukrayna silahlarını ixrac edə bilər. SİA rus saytlarına istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov silah satışına qoyulan qadağanın aradan qaldırılmasının mümkünlüyünü açıqlayıb.

Onun sözlərinə görə, bəzi ölkələr respublikada istehsal olunan silahları almaq istəklərini bildiriblər.

Söhbət raketlərdən, pilotsuz təyyarələrdən və digər silahlardan gedir.

Bunu Umerov deyib.

...Biz bu imkanları istisna etmirik, lakin mən bunun kollektiv qərar olmasını istəyirəm, -deyən müdafiə naziri bu məsələ ilə bağlı təşəbbüs hazırlamaq və Ukrayna rəhbərliyinə təqdim etmək planlarını da açıqlayıb.

Bundan əvvəl KİV Kiyevin hərbi büdcəni doldurmaq üçün 2022-ci ildə tətbiq edilən silah ixracına qoyulan qadağanı aradan qaldırmağı nəzərdən keçirəcəyini yazmışdı.

Müxtəlif hesablamalara görə, Ukrayna 20 milyard dollara qədər vəsait əldə edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə