Bilirsinizmi Putin Braziliyaya niyə getmir?

...Rusiya prezidenti Vladimir Putin bu il Braziliyada keçiriləcək G20 sammitində iştirak etməyəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya lideri bu barədə oktyabrın 18-də BRİKS ölkələrinin media nümayəndələri ilə görüşündə bildirib.

Dövlət başçısı sammitin keçirilməsini pozmamaq üçün ona qatılmaq fikrində olduğuna aydınlıq gətirib.

...Biz başa düşürük ki, G20 yaxşı forumdur, ümumiyyətlə, faydalıdır, əlbəttə ki, siyasiləşdirilməsə...

Bunu Putin deyib və qeyd edib ki, G20 sammiti “sırf iqtisadi platforma kimi” yaradılıb...

Rusiya lideri bildirib ki, onun braziliyalı həmkarı Lula da Silva ilə əla dostluq münasibətləri var, ona görə də “forumun normal işini pozmaq” istəmir.

...Biz Rusiyada Braziliyada ölkəmizin maraqlarını yüksək səviyyədə layiqincə təmsil edəcək birini tapacağıq.

Bunu da Putin bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə