BMT bütün ölkələrə çağırış etdi

BMT bütün ölkələrə çağırış etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Müstəqil Təhqiqat Komissiyası, bütün ölkələrin İsrailin Fələstindəki qeyri-qanuni mövcudluğunu sona çatdırmaq mövzusunda məsuliyyət daşıdığını açıqlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

İşğal olunmuş Fələstin ərazilərində törədilən cinayətləri araşdıran komissiya, BMT başda olmaqla bütün ölkələr və beynəlxalq təşkilatların, beynəlxalq hüquqa uyğun olaraq İsrailin işğal olunmuş Fələstin torpaqlarındakı qeyri-qanuni mövcudluğunu sona çatdırmaqda məsuliyyətli olduğunu bildirib.

Komissiya, İsrailin Fələstin ərazisindəki qeyri-qanuni mövcudluğuna dair hüquqi mövqe sənədini" yazılı şəkildə açıqlayıb. Sənəddə qeyd olunub ki, bütün ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən BMT, beynəlxalq hüquqa uyğun olaraq İsrailin işğal olunmuş Fələstin torpaqlarındakı qeyri-qanuni mövcudluğunu sona çatdırmaqda məsuliyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə