“Bu, Rusiyanın zəifliyinin göstəricisidir...”

Qərb buna ciddi təzyiq göstərməlidir...

...Deməli, Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın ruslar tərəfində döyüşmək üçün Ukraynaya 12 min əsgər göndərməyə qərar verdiyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko baş verənləri şərh edib.

...İddialara görə, 2600 Şimali Koreyalıdan ibarət ilk dəstə noyabrın 1-də Kursk vilayətinə yola düşəcək.

Bunun Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov tərəfindən təsdiq olunduğu da bildirilir.

Amma ötən gün Şimali Koreya hərbçilərinin bir hissəsinin artıq Rusiya ərazisinə gətirilib və burada təlim keçirdikləri də deyilir.

Deyilənlərə görə, təlim keçən Şimali Koreyalılar arasında həm xüsusi təyinatlılar, həm də piyadalar var. Ehtimal etmək olar ki, onlar fəal hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırırlar.

...Təbii ki, bu Putinin gücünün çatışmamasına, onun kifayət qədər rusları səfərbər edə bilməməsinə və eləcə də ruslar arasında itkilərin çox olmasına dəlalət edir.

Bundan əlavə, Putin bununla guya onu dəstəkləməyə hazır müttəfiqlərinin olduğunu nümayiş etdirmək istəyir.

...O bu yolla kimlərisə qorxutmaq istəyir ki, baxın, artıq Şimali Koreya da müharibəyə qarışıb.

İstisna deyil ki, əgər Qərb indi durub buna cavab versə, bu, təbii ki, dünya müharibəsi olacaq.

Əslində Putin bütün bunlarla Ukraynanı və Qərbi, Kiyev üçün qəbuledilməz olan atəşkəs şərtlərini qəbul etməyə məcbur etməyə çalışır.

...Maraqlıdır, Ukraynaya gətirilən Şimali Koreya hərbçiləri nə edəcəklər?

Əslində bu hələ də tam məlum deyil, lakin çox güman ki, onlar birbaşa döyüş əməliyyatlarında, hücumlarda və xüsusi təyinatlılar kimi iştirak edəcəklər. Üstəlik, pilotsuz sistemlərdən istifadə sahəsində Rusiyanın təcrübəsini öyrənəcək, mənimsəyəcəklər və s.

...Yeri gəlmişkən, Aleksandr Musienkoya görə, bütün bunlar Rusiyanın hələ də Şimali Koreya kimi ölkələrdən asılı olduğu, Moskvanın zəifliyini və subyektivliyini itirdiyini göstərir.

...Xatırladaq ki, 2000-ci ildən bəri Putin ilk dəfə Şimali Koreyaya səfər edib orada Kim Çen In-la mərmi və qoşunlarla bağlı razılığa gəldi ki, bu da onun zəiflik əlamətidir.

Əgər Qərb fəal addımlar atıb, ona ciddi təzyiq göstərib Ukraynanı lazımi silahlarla təmin etsəydi, o zaman düşünürəm ki, bizim yaxşı şanslarımız olardı. Amma hələlik Qərbin reaksiyasını gözləyirik.

Bu fikirləri də Ukraynalı mərkəz rəhbəri bildirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə