“Rusiyaya getməyi dayandırın...”

Almaniyada yaşayan gənc tacik miqrantın uğur hekayəsi

...Rusiyaya getməyi dayandırın. Dil öyrənin, Avropa ölkələrinə gəlin. Burada çox şey öyrənə və yaxşı pul qazana bilərsiniz.

SİA-nın əldə etdiyi məlumata görə, bunu bir müddət Rusiyada işləyib sonradan Almaniyaya təhsil almağa gedən tacikstanlı Məhəmmədjon deyir.

Onun sözlərinə görə, Rusiyadakı qorxu və rüsvayçılıqla dolu həyatdan sonra Almaniyada özünü insan kimi hiss edir. O, hazırkı vəziyyətindən razıdır, lakin bu Avropa ölkəsində uzun müddət qalmaq istəmir. Gənc oğlan əldə etdiyi bilik və təcrübəni ölkəsində - Tacikistanda tətbiq etmək və vətənində uğurlu sahibkar olmaq arzusundadır.

Qeyd edək ki, tacikstanlı gənc Rusiyada yaşadığı anları xatırlamağı sevmir: alçaldılmalar, döyülmələr, polis basqınları, sərt rus qışları...

...Amma Almaniyada özünüzü azad hiss edirsiniz. Miqrantların hüquq və azadlıqlarına hörmət edilir. Burada miqrant və ya yerli alman olmağın fərqi yoxdur. Hamı bərabərdir. Heç kim səninlə, dilinlə, dininlə maraqlanmır, heç kim sənin haqqını tapdalamır.

...Amma Rusiyada hər şey çətin idi. Miqrantların bütün sənədləri olsa belə, yenə də orda deyildiyi kimi “ment”dən - polisdən qorxurlar. Məsələn, mənim patentim var idi, bütün sənədlər qaydasında idi, amma polisi görəndə içimi qorxu bürüyürdü.

Bunu ga tacik deyir.

Dediyinə görə, o vaxt heç bir ixtisası olmayan Məhəmmədjon Rusiyada istənilən işi görməli idi. Onun sözlərinə görə, o, 40 dərəcə şaxtada qar təmizləməyə çıxıb, soyuducu anbarlarında, ayaqqabı mağazasında işləyib.

…Onu da qeyd edək ki, Tacikistanda, Dəngərə Dövlət Universitetini bitirən gənc, sonradan Almaniyada təhsilini davam etdirmək arzusunda olub. Lakin viza ala bilməyib və Rusiyaya işləməyə getməyə məcbur olub. O, bu ölkədə səkkiz ay işləyib.

Daha sonra şansını yenidən sınamaq qərarına gələn gənc bu dəfə sənədləri Almaniyanın Rusiyadakı səfirliyinə təqdim edib və təhsil vizası alaraq Almaniyaya gedib.

...Mən burada restoran və mehmanxana biznesində işləyirəm və menecment təhsili alıram. Ayda 700 avrodan 1100 avroya qədər təqaüd alıram ki, bu da bütün xərclərimi ödəyir.

Bunu deyən tacikistanlı gənc bir daha gənclərə dil öyrənməyi məsləhət görür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə