Rauf Araşukov Ramzan Kadırovdan üzr və kömək istəyib

...Ömürlük həbs cəzasına məhkum edilmiş Qaraçay-Çərkəzdən olan keçmiş senator Rauf Araşukov Çeçenistan rəhbəri Ramzan Kadırovdan üzr istəyib və kömək üçün ona yalvarıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, keçmiş məmur müraciətini İnstaqramda yayımlayıb.

Araşukov Çeçenistan rəhbərindən “etdiyi bütün səhvlərə görə bağışlanmasını” istəyib. Keçmiş senatorun sözlərinə görə, o, heç vaxt qəsdən heç nə etməyib, xüsusən də Kadırovu “qəzəbləndirəcək və ya incidə biləcək”.

...Sizdən Allah rizası üçün məni bağışlamağınızı xahiş edirəm, səhvlərimi etiraf etdim.

Bunu Araşukov yazıb.

Bundan əlavə, o, çeçen siyasətçidən ona kömək istəyib və ondan başqa heç kimin heç nə edə bilməyəcəyini vurğulayıb. Qeyd edək ki, Araşukov Kadırovdan konkret nə istədiyini açıqlamayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə