Bild: Ukrayna bir neçə həftə ərzində nüvə silahı yarada bilər

Kiyevin resursları və biliyi var

...“Ukraynanın nüvə silahı yaratmaq üçün resursları və biliyi var və lazım gələrsə, bir neçə həftə ərzində bomba hazırlaya bilər”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Silahların satın alınması üzrə ixtisaslaşan” adı açıqlanmayan ukraynalı məmur “Bild”-ə deyib.

Mənbəyə görə, Qərb “Rusiyanın qırmızı xətləri haqqında daha az düşünməli”, “bizimkilər haqqında daha çox düşünməlidir”. “Bizim materiallarımız var, biliyimiz var. Əgər əmr verilsə, ilk bombanı əldə etməyimizə cəmi bir neçə həftə lazım olacaq”, - deyə Ukraynanın silah təchizatı rəsmisi xəbərdarlıq edib.

...Ukrayna prezidenti Vladimir Zelenski qələbə planını təqdim etmək üçün getdiyi Brüsseldə keçirdiyi mətbuat konfransında deyib ki, Kiyevin təhlükəsizlik zəmanəti variantı var - NATO-ya qoşulmaq və ya nüvə silahı əldə etmək.

O qeyd edib ki, Ukrayna hakimiyyəti birinci varianta üstünlük verir.

Xatırladaq ki, Ukrayna 1994-cü ildə SSRİ-nin dağılmasından sonra özünə miras qalmış nüvə silahlarından imtina edərək, təhlükəsizlik zəmanəti müqabilində Rusiya, ABŞ və Böyük Britaniya ilə Budapeşt Memorandumunu imzalayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə