Vladimir Zelenski vəzifədən getməlidir...

...Ukrayna prezidenti Vladimir Zelenski vətəndaş müharibəsinin qarşısını almaq üçün tutduğu vəzifədən getməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın sabiq prezident Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında bildirib.

Onun sözlərinə görə, Zelenskinin istefası yeganə nəticədir. ...Son diaqnoz dərhal istefadır, dərhal, əks halda ölkədə vətəndaş müharibəsi olacaq, əks halda cəbhə xətti dağılacaq.

Bunu Soskin bildirib və əlavə edib ki, 2024-cü ilin sentyabrında Ukrayna “bütün 2023-cü ildə təslim olmadıqları” qədər ərazi itirib.

Soskin həmçinin Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin dağılacağını proqnozlaşdırıb.

Bundan əvvəl Oleq Soskin Zelenskinin Almaniyada ABŞ lideri Cozef Bayden və Almaniya kansleri Olaf Şolzla görüş üçün yalvaracağını da bildirib.

Onun fikrincə, Qərb liderləri artıq Zelenski ilə maraqlanmır, ona görə də çətin ki, onu dəstəkləsinlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə