Türkiyədə mənzil satışları artıb

Türkiyə Statistika Qurumu sentyabr ayına dair mənzil satış statistikalarını açıqlayıb

Türkiyə üzrə mənzil satışlarının sayı sentyabrda keçən ilin eyni ayı ilə müqayisədə 37,3 faiz artıb. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Statistika Qurumu sentyabr ayına dair mənzil satış statistikalarını açıqlayıb. Buna görə, Türkiyə üzrə mənzil satışlarının sayı sentyabrda keçən ilin eyni ayına nisbətən 37,3 faiz artaraq 140 min 919-a yüksəlib.

2024-cü ilin yanvar-sentyabr aylarında satışlar keçən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq 947 min 236-ya çatıb.

Sentyabr ayında İstanbul 21 min 314 mənzil satışı ilə ən yüksək paya sahib şəhər oldu. Buranı 13 min 205 ilə paytaxt Ankara, 7 min 612 ilə isə İzmir izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə