General Şimali Koreya ordusunun əsas kozırının adını çəkib

...Aviasiya general-mayoru, Rusiya Qəhrəmanı Sergey Lipovoy deyir ki, Şimalı Koreya ordusunun bütün əsgərləri ideoloji cəhətdən fərasətli və həvəslidir və bu, (təbii ki, ruslar üçün-A.B.) böyük üstünlükdür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, NEWS.ru ilə söhbətində ekspert vurğulayıb ki, Şimali Koreya ordusu Koreya yarımadasında ən güclü ordulardan biri hesab olunur.

...Şimali Koreya vətəndaşlarının hamısı motivasiyalı, ideoloji cəhətdən fərasətlidir, Şimali Koreya liderinin təlimlərinə bələddirlər. Etdikləri işlərə möhkəm inanırlar. Bunu Koreya yarımadasında ən güclü ordulardan biri olan Şimali Koreya ordusunda görmək olar

Bunu deyən Lipovoyun sözlərinə görə, Şimali Koreya hərbi birləşmələri istənilən işğalı dəf etməyə hazırdırlar, onlar tam mühasirəyə alınmış və xarici dünyadan təcrid olunmuş mühitdə hazırlanırlar.

Rusiya Qəhrəmanı deyir ki, Şimali Koreya əsgərləri daima istənilən təcavüzü dəf etməyə və öz ölkələrini müdafiə etməyə hazır olmaq üçün təlim keçirlər.

Şimali Koreya əsgərləri istənilən əmri yerinə yetirməyə hazırdır. Onların hazırlanmasına, ideoloji və fiziki hazırlığına külli miqdarda vəsait xərclənirdi

...Və Şimali Koreya daha əvvəl yarımadanın şərqində və qərbində Cənubi Koreya ilə bütün avtomobil və dəmiryol əlaqələrini kəsib. Yolun partladılması qonşu dövlətlə ərazi demarkasiyası siyasəti çərçivəsində baş verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə