Dövlət Duması əcnəbilərlə qondarma nikahlara qarşı qanun qəbul edib

Dövlət Duması Rusiya vətəndaşı ilə nikahda yaşamaq və ya kvotadan kənar müvəqqəti yaşayış icazəsi almaq üçün övladlığa götürmə müddətini üç ilədək uzadacaq qanun qəbul edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, parlamentin aşağı palatasının mətbuat xidməti açıqlamasında bildirib ki, qanun “miqrantların qondarma nikahlara, atalıq və analığa qarşı mübarizəyə” yönəlib.

Müvəqqəti yaşamaq icazəsinin alınması üçün əsas olmuş nikah məhkəmə tərəfindən etibarsız hesab edildikdə və ya pozulduqda, əcnəbiyə əvvəllər verilmiş icazə ləğv edilir. Analoji qərar məhkəmə tərəfindən valideynlik hüququndan məhrum edilərsə və ya Rusiyada uşağı övladlığa götürmüş xarici vətəndaşın hüquqlarını məhdudlaşdırarsa, qəbul ediləcək.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin daha əvvəl bildirmişdi ki, qanuna dəyişikliklər edildikdən sonra qondarma nikaha daxil olmaq əcnəbi vətəndaşın Rusiya vətəndaşlığını almasını sürətləndirmək üçün faydasız olacaq.

...Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin əvvəlindən Rusiyada nikahın etibarsız sayılması əsasında Rusiyada müvəqqəti yaşamaq icazəsinin ləğvi ilə bağlı 107 qərar və yaşayış icazəsinin ləğvi ilə bağlı 75 qərar qəbul edilib.

Qeyd edək ki, “Crocus City Hall”da baş verən terror aktından sonra Rusiya hakimiyyəti miqrantların ölkədə qalma qaydalarını və şərtlərini sərtləşdirməyə başlayıb. Belə ki, Rusiyada ölkədə qeyri-qanuni qalan əcnəbilərin reyestri yaradılıb

Deməli, indi reyestrə daxil olduqdan sonra miqrantlar nəqliyyat vasitələrini idarə, bank xidmətlərindən istifadə etməkdən məhrrum edilirlər. Bundan əlavə, onlar əmlak qeydiyyatı apara bilməzlər. Onlar nə nikah bağlaya nə də poza bilməyəcəklər.

...Və ən əsası uşaqlarını nə uşaq bağçalarına, nə də məktəblərə yazdıra bilməyəcəklər.

P.S: Yadımdaykən deyim, o vaxt koreyalıların “maoza” adlandırdıqları ruslar saqqalı olmayana qız vermirdilər. İndi axı, miqrantların əksəriyyəti saqqal saxlayır...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə