Husilərin silah anbarlarına hava zərbələri endirilib

Husilərin silah anbarlarına hava zərbələri endirilib

ABŞ Müdafiə Nazirliyi, ABŞ Mərkəzi Komandanlığının Yəməndə husilərin nəzarətində olan bölgələrdə bir çox silah anbarlarına hücumlar təşkil etdiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı, Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq sularda üzən hərbi və mülki gəmiləri hədəf alan husilərə qarşı bir sıra hücumlar həyata keçirdiyini açıqlayıb: “Bu hərəkətlər husilərin Qırmızı dəniz, Bab Əl Məndeb boğazı və Ədən körfəzindəki beynəlxalq ticarət gəmilərinə, ABŞ-ın kommersiya personalına və gəmilərinə ehtiyatsız, qanunsuz hücumlarını davam etdirmək və regional tərəfdaşlarını təhdid etmək üçün həyata keçirilib”.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-2 Spirit" uzaqmənzilli gizli bombardmançı təyyarələri də daxil olmaqla, ABŞ hava və dəniz qüvvələrinin ünsürlərinin iştirak etdiyi açıqlamada bildirilib: “B-2 bombardmançı təyyarəsinin istifadəsi ABŞ-a bu məqsədlərə çatmaqda qlobal uğur imkanı yaradacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə