DİQQƏT: Musiqi bu xəstələrdə narahatlığı azaldır

DİQQƏT: Musiqi bu xəstələrdə narahatlığı azaldır

İngiltərədə aparılan bir araşdırma göstərib ki, musiqi dinləmək demans xəstələrinin narahatlığını azaldır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kembric Musiqi Terapiyası Tədqiqat İnstitutunun alimləri tərəfindən aparılan araşdırma, musiqi dinləmənin demans xəstələrinə əhəmiyyətli dərəcədə təsir etdiyini göstərib.

Açıqlamada demans xəstələrinin sevdikləri musiqiyə təkrar-təkrar qulaq asdıqları zaman ürək döyüntülərinin və hərəkətlərinin dəyişdiyi müşahidə edildiyi, musiqinin beyni canlandırmağa kömək edə biləcəyi də qeyd edilib.

Akademiklər həmçinin demanslı insanların musiqi dinləyərkən və dinlədikdən sonra daha az narahat olduqlarını, ümumi əhvallarının yaxşılaşdığını və müntəzəm musiqi seanslarından sonra daha az dərmana ehtiyac duyduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə