Qəzaya uğrayan qırıcı təyyarənin qalıqları tapılıb - ekipaj itkin düşüb
ABŞ Hərbi Dəniz Qüvvələri Vaşinqton əyalətində dağlıq ərazidə adi təlim uçuşu zamanı qəzaya uğrayan qırıcı təyyarənin qalıqlarının tapıldığını, lakin təyyarədəki iki nəfərlik ekipajın hələ də itkin düşdüyünü açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, oktyabrın 15-də yerli vaxtla saat 15.23-də "EA-18G Growler" tipli reaktiv təyyarənin Vaşinqtonda Rainier dağının şərqində qəzaya uğramasından dərhal sonra axtarış-xilasetmə işləri başlayıb.
Axtarış-xilasetmə qrupları dünən yerli vaxtla saat 12.30 radələrində Rainier dağının yamaclarında təyyarənin qalıqlarını tapıblar. Lakin təyyarədə olan iki nəfərin izinə rast gəlinməyib. Ekipajın qəzadan sağ çıxıb-çıxmadığı hələ məlum olmasa da, həftə sonu qar yağacağı gözlənilən dağlıq bölgəyə əlavə axtarış-xilasetmə qrupları göndəriləcək.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB