Toqquşmalarda İsrail əsgərləri həlak olub

Toqquşmalarda İsrail əsgərləri həlak olub

Hizbullah Livan-İsrail sərhədində baş verən qarşıdurmalar zamanı İsrail əsgərlərinin öldüyünü və yaralandığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullah sərhəddə baş verən qarşıdurmalar zamanı İsrail əsgərlərinin həlak olduğunu bildirib.

Hizbullah tərəfindən verilən açıqlamada bildirilib: "Nəbatiyə vilayətinin Əl-Kəvzə qəsəbəsində sərhədin sıfır nöqtəsində Hizbullah üzvlərinin İsrail əsgərləri ilə toqquşduğu bildirilib. Qarşıdurmalarda raketlərlə hədəf alınan İsrail əsgərlərinin öldüyü və yaralandığı qeyd edilib. Açıqlamada ölən və yaralanan İsrail əsgərlərinin sayı barədə məlumat verilməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə