NATO-nun Cənubi Qafqazdakı fəaliyyəti regionu Rusiya ilə qarşıdurma meydanına çevirmək məqsədi daşıyır. Onların məqsədi sonradan bu regiondan öz mənfəətləri üçün yararlanmaqdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Sputnik” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, bildirib ki, söhbət Azərbaycan və Ermənistan istiqamətindən gedir.
...NATO-nun oradakı fəaliyyəti bir şeyə - Cənubi Qafqazı Rusiya ilə başqa bir qarşıdurma meydanına çevirməyə, region ölkələrini bir-birinə qarşı qoymaq və sonra öz mənfəətlərini əldə etməkdən ibarətdir, - deyə Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya Federasiyası regionda qərarların kənar müdaxilə olmadan qəbul edilməsindən irəli gəlir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB