İran nüvə silahının yaradılmasına icazə verilməsini tələb edir...

İran nüvə silahından daha güclü silahlara sahib olduğunu iddia edir

...İranın nüvə bombalarından da daha güclü silahlara malik olduğunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun İnkişaf və Silahlanma Komissiyasının keçmiş katibi, briqada generalı İbrahim Rüstəmi “Iran Watch”a müsahibəsində deyib.

...Bizim ixtiyarımızda nüvə bombalarından daha güclü silahlarımız var. Biz ölkəmizin potensialından və imkanlarından 100 faiz istifadə edirik, ona görə də bu gün qeyri-məhdud gücümüz var.

SİA-nın əldə etdiyi məlumata görə, bunu da iranlı general deyib

Qeyd edək ki, İranın müdafiə doktrinası ölkənin ali dini lideri Əli Xamneyinin fitvasından sonra nüvə silahının yaradılmasını qadağan edir, çünki onların istehsalı İslama zidd hesab olunur.

...Və yeri gəlmişkən, oktyabrın 9-da iranlı deputatlar İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına (Təhlükəsizlik Şurası) milli müdafiə doktrinasına yenidən baxılması və nüvə silahının yaradılmasına icazə verilməsi tələbi ilə müraciət ediblər.

Buna səbəb kimi isə, deputat Məhəmməd Rza Sabaqyan Bafqi İsrailin İranın nüvə və neft obyektlərinə hücumla hədələməsini göstərib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə