Vəziyyət artıq son həddinə çatıb, bundan sonra ya çöküş, ya xaç, ya da...

Siyasi ekspert Aleksandr Xarebin Ukraynanın kritik həddə çatdığını və yeganə şans kimi möhkəmlənib birləşməyi göstərib

...“Qələbə planı” baş tutmasa, prezident Vladimir Zelenski fəlakətli siyasi məsuliyyət daşıyacaq.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu siyasi ekspert Aleksandr Xarebin “Moseyçukla mövzu” layihəsinin efirində deyib.

...Bu Qolqota olacaq. O, çarmıxa çəkiləcək. Bu, onun şəxsi Qolqotası olacaq. Təbii ki, əgər planda olan hər şey həyata keçməsə...

Bunu deyən Xarebin, Ukraynanın kritik həddə çatdığını və yeganə şans kimi möhkəmlənib birləşməyi göstərib.

...Hə, o da yadımdaykən deyim ki, Qolqota, adətən etiraf sirrini saxlayan çobanın ölümlə hədələnməsi kimi təqdim olunur.

...Vəziyyət artıq son həddinə çatıb, bundan sonra ya çöküş, ya xaç, ya vətəndaş müharibəsi, ya da qələbə!

Bunu da, deyəsən, Xarebin deyib, bəli!

...Deməli, artıq ötən gün prezident Zelenski Radada Qələbə Planını təqdim edib.

Qeyd edək ki, Qələbə Planı NATO-ya dərhal dəvət və Ukrayna Silahlı Qüvvələrinin Rusiyadakı əməliyyatlarının davam etdirilməsi daxil olmaqla beş bənddən ibarətdir.

Zelenskinin sözlərinə görə, əgər biz bu qələbə planı ilə konkret olaraq indidən hərəkətə başlasaq, gələn ildən gec olmayaraq müharibəni bitirə bilərik.

Eyni zamanda, əgər indi beynəlxalq tərəfdaşlar Ukraynanı döyüş meydanında əhəmiyyətli dərəcədə gücləndirməsələr, o zaman, Zelenskinin sözlərinə görə, gələn il Vladimir Putinin Rusiya ordusunu o qədər gücləndirməyə vaxtı olacaq ki, “diplomatiyadan həmişəlik imtina ediləcək”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə