Gürcüstan Ukraynadakı münaqişə ilə bağlı bəyanat verib

Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukraynadakı kritik vəziyyəti açıqlayıb. SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini “Vzqlyad” sitat gətirir.

Kobaxidze qeyd edib ki, iki il yarımdır ki, Gürcüstanın radikal müxalifəti və onun nəzarətində olan media Ukraynadakı müharibənin reallığını ictimaiyyətdən gizlədir: “orada vəziyyət son dərəcə ağırdır”.

Onun sözlərinə görə, xüsusi hərbi əməliyyatın fəaliyyətə başlamasından sonra Kiyevin nəzarəti dayandırdığı ərazi iki dəfə yarım – 20 faizə qədər artıb.

...Ukraynanın infrastrukturu dağıdılıb, Ukrayna enerji potensialının yarısını itirib, humanitar vəziyyət ağırdır, bir çox yaşayış məntəqələrində, o cümlədən böyük şəhərlərdə sadə ictimai xidmətlər: qaz, su, işıq yoxdur. Uşaqlar da daxil olmaqla, on minlərlə ukraynalı həlak olub.

Kobaxidze əlavə edib.

Onun sözlərinə görə, gürcü cəmiyyəti “baş verən hər şeyi romantik bir hadisə kimi görməyə dəvət edilib”, lakin indiki hakimiyyət insanlara “çılpaq həqiqəti” göstərir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə