Qazaxıstan BRİKS-ə qoşulmaq fikrini dəyişib..?

Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali bildirib ki, Kasım-Jomart Tokayev ölkənin BRİKS-ə qoşulması ilə bağlı təkliflər alıb, lakin Astananın hələ belə planları yoxdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Tengrinews xəbər verir.

Xatırladaq ki, BRİKS-in növbəti sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.

...Və Qazaxıstan prezidenti bu foruma qonaq qismində dəvət olunub.

Uali bildirib ki, Tokayev oktyabrın 24-də BRİKS-in genişləndirilmiş toplantısında çıxış etməyi planlaşdırır. Tokayevin mətbuat katibi onu da bildirib ki, Qazaxıstan “BRİKS-in təkamülünü maraqla izləyir”.

Ölkə təşkilat liderlərinin “hər hansı fövqəlgüclərin hegemonluğundan azad” ədalətli və demokratik dünya nizamı qurmaq çağırışlarını dəstəkləyir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə