Ruslar üçün mərmilərin təxminən 50 faizi Şimali Koreyadan gətirilir...

Rutteyə görə, NATO Şimali Koreya əsgərlərinin Ukrayna ilə müharibədə iştirakı ilə bağlı məlumatı təsdiq edə bilməz..?

...Şimali Atlantika Müqaviləsi Təşkilatı Rusiya Federasiyası ilə Şimali Koreya arasında hərbi əməkdaşlığı kəskin şəkildə pisləyir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

Alyansın baş katibi qeyd edib ki, o, hazırda Şimali Koreya əsgərlərinin Rusiyanın işğalçı ordusuna qoşulmasını təsdiqləyə bilmir.

...Mən bu xəbərləri təsdiq edə bilmərəm. Amma açıq-aydın bunlar narahatlıq yaradır. Biz bilirik ki, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı hərbi səylərini gücləndirməyə kömək edir. Biz Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın dərinləşməsini qətiyyətlə pisləyirik.

Bunları Rutte bildirib.

...Xatırladaq ki, oktyabrın 8-də Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləmək üçün öz silahlı qüvvələrini göndərə biləcəyini demişdi.

...Ukrayna Hərbi-Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, hərbi ekspert Aleksandr Musienko hesab edir ki, Kreml Şimali Koreyadan olan hərbçilərdən istifadə edərək Qərbi müharibənin Ukrayna sərhədlərindən kənarda genişlənməsindən qaçmağa inandırmaq istəyir.

Bu isə son nəticədə Ukraynanı güzəştə getməyə və Rusiyanın şərtlərini qəbul etməyə hesablanıb.

...Digər hərbi ekspert Pavel Narojnı hesab edir ki, Şimali Koreya Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsinə dəstək üçün minlərlə hərbçi göndərə bilər. Hazırda Rusiya Federasiyasının müharibə üçün verdiyi mərmilərin təxminən 50 faizi Şimali Koreyadan gəlir.

...Daha bir hərbi şərhçi Denis Popoviç isə əmindir ki, Şimali Koreya əsgərləri sonda fərariliyə əl atacaq və döyüşlərin nəticələrindən təsirlənərək rus qoşunlarının sıralarından qaçacaqlar...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə