Raket hücumları nəticəsində 4 şagird və 2 müəllim yaralanıb

PKK/YPG Suriyanın Cərablus rayonunda bir ibtidai məktəbə raket atəşi gerçəkləşdirib

Suriyanın Hələb vilayətinə bağlı Mənbic rayonunda işğalını davam etdirən bölücü terror təşkilatı PKK/YPG Cərablus rayonunda bir ibtidai məktəbə raket atəşi gerçəkləşdirib.

SİA xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, Mənbicdə mövqe tutan terrorçular Fərat Qalxanı əməliyyatı ilə güvənli hala gətirilən Cərablusun cənubundakı Mahsenli kəndinə raket hücumu təşkil edib. Hücumda kənddəki ibtidai məktəb binası hədəf alınıb və 4 şagird ilə 2 müəllim yaralanıb. Yaralılar rayondakı xəstəxanalara çatdırılıb.

Suriya Milli Ordusu (SMO) birlikləri isə Mənbicdəki terror təşkilatı mövqelərini hədəf alıb.

Tel-Rıfat və Mənbic bölgələrində işğalını davam etdirən bölücü terror təşkilatı YPG/PKK tez-tez Əl-Bab, Əziz, Cərablus və Əfrin bölgələrini hədəf alan terror hücumları həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə