İngiltərə İsrailə aid postlara sanksiya qərarı alıb

İordan çayının qərb sahilindəki Fələstin torpaqlarını zəbt edən 4 qurum və 3 yaşayış məntəqəsi postuna sanksiya tətbiq etmək qərarı alınıb

İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada buradakı fələstinlilərə qarşı nifrəti və zorakılığı təşviq edən israilli 4 qurum və zəbt edilən torpaqlarda qurulan 3 yaşayış məntəqəsi postuna sanksiya tətbiq olunacağı bildirilib. Açıqlamada sözügedən qurum və postların fələstinliləri evlərindən çıxararaq, torpaqlarını zəbt edərək və binalar tikərək beynəlxalq hüquq və İsrail qanunlarına zidd hərəkət etdiyi qeyd olunub.

Son bir ildə İordan çayının qərb sahilində fələstinlilərin torpaqlarını zəbt edən israillilər tərəfindən fələstinlilərə qarşı 1400 hücum həyata keçirildiyi xatırladılıb, bu qrupların oktyabr ayında baş verən zeytun yığımı dövründə də fələstinlilərə hücum etdiyi vurğulanıb.

Sanksiya tətbiq olunan yaşayış məntəqəsi postları Tirzah Vadisi Ferması, Meitarim və Şuvi Eretz olaraq açıqlanıb.

SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə